Ermənistan telekanalı Kərkinin Azərbaycan kəndi olduğunu etiraf edib.
Oxu24.com xəbər verir ki, Ermənistanın "H1" telekanalı Kərki kəndi ilə bağlı reportaj hazırlayıb.
Reportajda Kərkinin Azərbaycana məxsus olduğu diqqətə çatdırılıb.
Sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olan reportaj yerli mediada tənqidlərə tuş gəlib. Ermənistan KİV-i Nikol Paşinyanın komandasına yaxınlığı ilə seçilən "H1" telekanalını Azərbaycana dəstək verməkdə ittiham edib.
Oxu24.com
ŞƏRHLƏR