Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54692
az

Ata 1 yaşlı körpəni niyə boğaraq öldürüb? – Qonşular danışdı, uşağın anası isə…

18:2731 May, 2021
1109
KRİMİNAL
  • A

Bakının Binəqədi rayonunda atanın körpə övladını qətlə yetirməsinin bəzi təfərrüatı məlum olub.

Oxu24.com report-a istinadən xəbər verir ki, 1 yaşlı oğlu Ruzini qətlə yetirən 28 yaşlı Vüsal Əliyev paytaxtda fəhləliklə məşğul olurmuş. O, hadisənin baş verdiyi evə təxminən iki həftə əvvəl köçübmüş və orada kirayədə qalırmış.

Qonşular deyir ki, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə yollanan V.Əliyev 2020-ci il təvəllüdlü altıaylıq körpəsini boğaraq öldürüb.

Yeganə övladının ölümünə inana bilməyən V.Əliyevin həyat yoldaşı körpənin cansız bədənini götürərək kiçik bir ümidlə küçəyə qaçıb. Köməyə gələnlər Ruzinin öldüyünü görüblər. O isə qonşulara "uşağı əmizdirəndə süddən boğulub" deyib. Lakin ilkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Ev sahibi Təvəkkül İsmayılov kamera önündə danışmaq istəməsə də, "Report"un əməkdaşına bildirib ki, hadisənin törədildiyi evdə yaşayanlar çox sakit ailə olub. Ev sahibinin sözlərinə görə, bir həyətdə yaşasalar da, bu müddət ərzində dava-dalaş səsləri eşitməyib.

Qeyd edək ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO
Bakıda gənci güllələyən şəxs belə tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
Gəncədə 45 yaşlı qadın qətlə yetirildi - Yenilənib

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü