Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54572
az

SON DƏQİQƏ! XİN Naxçıvan istiqamətində baş verənlərlə bağlı açıqlama yayıb

14:4628 May, 2021
1437
  • A

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Nazirliyin Mətbuat xidməti idarəsindən Oxu24.com-a daxil olan açıqlamada deyilir:

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, mayın 27-dən 28-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərini atəşə məruz qoyublar.

Nəticədə hərbi qulluqçumuz, əsgər Muradov Elxan yaralanıb.

Ermənistan tərəfinin son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu törətdiyi təxribatlar, o cümlədən sərhədin Naxçıvan sahəsində Azərbaycanlı əsgərin yaralanması, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir.

Ermənistanı təxribat əməllərinə dərhal son qoymağa, sərhədlərin toxunulmazlığına riayət etməyə və bölgədə vəziyyəti gərginləşdirən əməllərdən çəkinməyə çağırırıq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeddinci sinif şagirdi vəfat edib – FOTO
Yenidən dünyaya gəlmək həvəsi -Sərvaz HÜSEYNOĞLU
Sabah 36 dərəcə isti olacaq

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı