Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54560
az

Şengen vizaları ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR: tərcümeyi-hala qədər...

09:4228 May, 2021
1678
MARAQLI
  • A

Avropa İttifaqı Şurası Şengen vizalarının verilməsi qaydasını təkmilləşdirmək üçün Viza Məlumat Sisteminə (VIS) dəyişiklik edib.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, miqrasiya və təhlükəsizliklə bağlı narahatlığı nəzərə alaraq qısamüddətli Şengen vizaları üçün müraciət edənlərlə bağlı yoxlamaları artırmaq qərarı verilib. İndi bu yenilik Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Son düzəlişin başlıca məqsədi qısamüddətli viza verilməsi qaydalarını daha təhlükəsiz hala gətirmək, VIS databazasına uzunmüddətli viza və yaşayış icazələrini daxil etmək, VIS və başqa uyğun databaza, eləcə də sistemlər arasında əməliyyatları təmin etməkdir. Məsələn, bundan belə səyahət sənədlərindəki tərcümeyi-hal məlumatları da VIS-ə köçürüləcək.

Şəxslər viza və ya yaşayış icazəsi verilməzdən əvvəl təhlükəsizlik və miqrasiya databazalarından hərtərəfli yoxlamadan keçiriləcəklər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

WhatsApp-da yeni funksiya işə salındı
Ayda su tapıldı
WhatsApp-da artıq daxili tərcüməçi var