Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54502
az

Oqtay Gülalıyevin oğlu reanimasiyaya yerləşdirilib

16:5026 May, 2021
1795
CƏMİYYƏT
  • A

Bakı Sağlamlıq Mərkəzi (BSM) hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbrizin səhhəti barədə məlumat yayıb.

BSM-dən "Report"a verilən məlumata görə, Təbriz Güləliyev dünən axşam saatlarında təcili tibbi yardım maşını vasitəsi ilə huşu aydın, baş və üz, eləcə də bədənin digər nahiyyələrində olan çoxsaylı travmalarla xəstəxanaya gətirilib.

Qeyd olunub ki, təcili tibbi yardım şöbəsində ilkin yardım göstərildikdən sonra xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilərək plan üzrə müayinə və müalicəsinə başlanılıb: "Müayinə nəticəsində xəstəyə müştərək travma, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol tərəfli almacıq sümüyünün və burun sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, burun kürəyinin əzilmiş, sol qaş nahiyyəsinin sıyrılmış yaraları, sol tərəfli paraorbital hematoma, sağ diz qapağının yerdəyişmiş sınığı diaqnozu qoyulub. Hazırda vəziyyəti stabildir, müalicə və müşahidə davam etdirilir".

Qeyd edək ki, mayın 25-də Təbriz Gülalıyev idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Sabunçu rayonunun Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən vətəndaş Aynur Əhmədovanın idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahdan bu yol bağlı olacaq
Məsciddə imam olmaq istəyənlər imtahandan kəsildilər -Cəmi 8 nəfər yetərli balı yığdı
Əli Əsədov daha bir qərar imzaladı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı