Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54424
az

Bahar katarı xəstəliyinin yaranma səbəbi və müalicəsi

18:3824 May, 2021
713
CƏMİYYƏT
  • A

Bahar katarı mövsümlə əlaqədar ortaya çıxan, hər iki gözdə müşahidə olunan allergik reaksiyadır. Xəstəlik uşaq və yeniyetmələrdə, xüsusilə oğlan uşaqlarında rast gəlinir, əsasən yaz aylarında başlayır və payıza qədər davam edir. 3-6 yaşlarında başlanan şikayətlər 20 yaşa qədər artıq aradan qalxır. Nadir hallarda 20 yaşından sonra da davam edə bilər. Ailə anamnezində atopik xəstəlik olanlarda daha çox rast gəlinir.

Milli.Az bildirir ki, həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva bu barədə

Oxu24.com-a məlumat verərək deyib: "Allergik konyunktivit gözdə qəflətən başlayan qaşıntı, yanma, göz qapaqlarında zəif ödem-şişkinlik, gözdə qızartı və sulanma ilə müşahidə olunan, allergenlərə qarşı yaranmış konyunktivitin iltihabi reaksiyasıdır. Onun kliniki formalarından pollinoz, "bahar katarı", dərman allergiyası, xroniki allergik konyunktivit, atopik keratokonyunktivit və iri papilyar konyunktivitlər ayırd edilir. Pollinoz ağac, çiçək, bitki tozcuqlarına qarşı allergik reaksiya olaraq yaranır. Atopik keratokonyunktivit isə əsasən atopik dermatit, bronxial astma və allergik rinit şikayətləri olanlarda rast gəlinir. İri papilyar konyunktivit adətən linza istifadə edənlərdə müşahidə olunur.

Göz qaşıntısı ən əsas əlamətdir, bu şikayətə yanma, sulanma, gözdə "yad cisim" hissi, işığa həssaslıq və hətta göz qapaqlarında spazm əlavə olunur. Konyunktivada qızartı və ödem, üst qapaq konyunktivitində, daha doğrusu, konyuktiva ilə buynuz qişanın sərhəddi ətrafında follikullar və papillalar inkişaf edir. Yan-yana düzülmüş həmin follikullar çay daşlarını xatırladır. Hipertrofiya, yəni qalınlaşmış papillalar qapağın cüzi sallanmasına səbəb ola bilər. Spesifik əlamət sayılan iri follikullarda ağ infiltratlar da müşahidə oluna bilir. Xəstələrin 50 faizində buynuz qişa zədələnir və bu zaman onların şikayətlərinə batma, sulanma, işığa həssaslıq, gözdə "yad cisim" hissi və ağrı əlavə olunur".

Həkim-oftalmoloqun dediyinə görə, yüngül klinika ilə keçən hallarda gözə soyuq islatma, günəşdən qorunma və simptomatik müalicə kifayət edir: "Həmin tədbirlər kömək etmədikdə xəstəliyin kəskinləşdiyi yaz aylarında steroid preparatlar təyin olunur. Xəstəlik xroniki olduğuna görə hormonal preparatların verə biləcəyi katarakta, gözdaxili təzyiq yüksəlməsi, infeksiya inkişafı və s. kimi ağırlaşmalar həmin qrupdan olan preparatların istifadəsinə məhdudiyyət qoyur. Məhz buna görə həmin xroniki xəstəlikdən əziyyət çəkənlər hər il yazdan əvvəl profilaktik müayinədən keçməli və lazımi tədbirlərə vaxtında başlamalıdırlar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran İsraili genişmiqyaslı müharibə ilə hədələdi
Diş həkimi dişlər üçün ən zərərli məhsulların adını AÇIQLADI
İsmayıllı sakinləri yaşadıqları dəhşətdən danışdılar -VİDEO

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...