Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54263
az

"Space" kanalına təyin olunan yeni rəhbər kimdir? - DOSYE

18:2720 May, 2021
856
ÖZƏL BÖLÜM
  • A

"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

Qaynarinfo xəbər verir ki, bu vəzifəyə Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.

Müşfiq Mürşüd oğlu Hətəmov 6 may 1969-cu il Ağdamda anadan olub. O, ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Azərbaycan Prodüserlər Gildiyasının sədri, Azərbaycanın Əməkdar incəsənət xadimidir.

Həyatı

1976-1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş, 1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987-1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. Ailəlidir.

Fəaliyyəti

1992-2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012-ci ildə Azərbaycan Prodüserlər Gildiyası təsis edilmiş və gildiyanın sədri seçilmişdir.

Ad və mükafatlar

"Humay” mükafatı ("Uğurlu prodüser” nominasiyası) (2014)

13-cü Pune Beynəlxalq Film Festivalında (Hindistan) "Nabat” bədii filminin prodüseri kimi beynəlxalq münsiflər heyətinin "Xüsusi vurğulama” mükafatı (2015)

"Nabat" filminə görə "Ən yaxşı prodüser" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015)

Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016-cı il).

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür
Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı