Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54252
az

Qazaxın 7, Naxçıvanın 1 kəndi, Zəngəzur dəhlizi.... - Tarixi anlar yaşanır

16:0020 May, 2021
979
  • A

Ermənistanın Vatikandakı keçmiş səfiri və baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın sərt tənqidçisi Mikael Minasyan artıq neçənci dəfədir ki, Paşinyanın Azərbaycanla yeni saziş imzalamağa hazırlaşdığını bildirib.

Metbuat.az xəbər verir ki, bu məlumat barədə məlumat verən politoloq Elxan Şahinoğlu deyir ki, Minasyan Paşinyanı növbəti dəfə satqınlıqda ittiham edərək yeni sazişin bütövlüklə Azərbaycanın maraqlarına xidmət etdiyini deyib.
"Minasyan bildirib ki, Paşinyan Azərbaycana növbəti “torpaq güzəşti” edəcək (söhbət Qazaxın 7, Naxçıvanın 1 kəndinin geri qaytarılmasından gedir).Minasyan haqqında danışdığı sənədin surətinin bir hissəsini yaydıqdan sonra axşam saatlarında bir qrup erməni etirazçı Nazirlər Kabinetinin binası qarşısında toplaşıb.

Həmin erməniləri internetdə yayılan digər görüntülər də (söhbət Azərbaycan hərbçilərinin erməni hərbçiləri sərhəddən uzaqlaşdıran görüntülərdən gedir) qəzəbləndirib.

Paşinyana müxalif olanlar Mikael Minasyanın boş danışmadığına inanırlar. Çünki, Minasyan ötən ilin noyabr ayında da Paşinyanın Azərbaycan qarşısında kapitulyasiyaya hazırlaşdığını bildirmişdi. Bir neçə gün sonra Paşinyan həqiqətən Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Belə çıxır ki, hökumət içərisində və Paşinyana yaxın fiqurlardan biri Minasyana işləyir, ona məxfi məlumatları ötürür. Əslində bu ilk növbədə Paşinyanı narahat etməlidir".

Elxan Şahinoğlu Minasyanın son açıqlamasının qarşılığında Paşinyandan maraqlı etirafın gəldiyini qeyd etdi. Paşinyan deyib ki, “Biz Azərbaycanla yeni saziş imzalamağa hazırlaşırıq, üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) danışıqlar əsasında sənəd üzərində iş gedir. Yeni sənəd Ermənistanın maraqlarına cavab verir. Minasyan isə Azərbaycanın maraqları üçün çalışır və sənədlə bağlı təhrif olunmuş məlumatlar yayır. Əgər Azərbaycan razılıq verərsə həmin sənədi imzalayacam”.

"Minasyan haqlı imiş. Görəsən söhbət hansı razılaşmadan gedə bilər? Bu sülh sazişidirmi? Bizim maraqlarımız bəllidir və onlar təmin edilməlidir: 1. Qarabağdakı ermənilər tam tərksilah olunmalı, Ermənistandan Azərbaycan torpaqlarına “hərbi xidmətə” kimsə göndərilməməlidir; 2. Qazaxın -7, Naxçıvanın – 1 kəndi geri qaytarılmalıdır; 3. Zəngəzur üzərindən dəhliz açılmalıdır. Qalan məsələlər – Laçın dəhlizinin və Qarabağın tamamının nəzarət altına alınması və Ermənistanla sərhəddin müəyyənləşdirilməsi özümüzə aiddir, bunları İrəvanla müzakirə etməyin anlamı yoxdur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

30 ildir öz evinə girə bilmir - Sumqayıtda məhkəmə qərarının icrasını kim yubadır?
Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR
Qazinin ev almasına kimlər əngəl olur? - ŞİKAYƏT

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var