“İslam Respublikası Azərbaycan-Ermənistan sərhədində baş verənləri diqqətlə izləyir”.
Oxu24.com “Təsnim”ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
“İran İslam Respublikası son bir neçə gündə iki qonşu ölkənin – Ermənistanın və Azərbaycan Respublikasının sərhədlərində baş verən hadisələri yaxından və həssaslıqla izləyir”.
Səid Xatibzadə əlavə edib: “İran ümid edir ki, mübahisələr ən qısa zamanda, hər iki tərəfdən ehtiyatla və sülh yolu ilə həll ediləcək. İslam Respublikası bölgədəki sabitliyi və əmin-amanlığı qorumağın vacibliyini vurğulayır və hər iki tərəfi təmkinli olmağa, vəziyyəti gərginləşməməyə və iki ölkənin sərhədlərinə hörmət etməyə çağırır”.
XİN-in sözçüsü İranın son mübahisələr də daxil olmaqla, iki ölkə arasındakı fikir ayrılıqlarının sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu bildirib.
Oxu24.com
ŞƏRHLƏR