Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54054
az

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi

21:0514 May, 2021
5027
SON DƏQİQƏ
  • A

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, pandemiyanın ikinci ili birinci illə müqayisədə daha çox insan ölümü ilə nəticələnə bilər.

Bu barədə Oxu24.com  xarici mətbuata istinadən xəbər verir.

"COVID-19 artıq 3,3 milyon nəfərdən çox insanın ölümünə gətirib çıxardı və biz pandemiyanın ikinci ilinin birinci illə müqayisədə daha çox öldürücü ola biləcəyinə gedən yoldayıq", - o deyib.

Qebreyesus həmçinin bildirib ki, koronavirusa yoluxma və ölüm faizi bütün dünyada nəzarətdən çıxıb. Onun sözlərinə görə, virusa ən çox yoluxma və ölüm faizinin azalması Şimali və Cənubi Amerikada, həmçinin Avropada müşahidə olunur. COVID-19-a yoluxma və ölüm sayında güclü artım Asiyada, ilk növbədə cənub-şərq regionunda və xüsusilə Hindistanda özünü göstərir.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər gəldi: Ölən var
Yanvarın 29-u iş olmayacaq
Uşaqlarla bağlı bu qanunda       dəyişiklik       edilir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Polis 1,6 kq narkotik aşkarlayıb