Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53953
az

Afrikadakı ən qədim insan qəbiri aşkar edilib

23:2411 May, 2021
6986
CƏMİYYƏT
  • A

Keniyadakı Panqa ya Səidi mağarasında aparılan qazıntılar zamanı arxeoloqlar orta daş dövrünə aid olan və təxminən, 78 min il yaşı olan qəbir çuxuru aşkar ediblər.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, bu, Afrika qitəsində indiyə qədər bilinən ən qədim insan qəbiridir.

Yazıda vurğulanır ki, alimlər ilk sümük parçalarını 2013-cü ildə tapıblar, ancaq yalnız 2017-ci ildə mağaranın indiki döşəməsinin üç metr aşağısında yuvarlaq boşluqlar və skelet qalıqları aşkar edilib. Qalıqların identifikasiyası üçün alimlərə bir ildən çox vaxt lazım gəlib. Araşdırma nəticəsində sümük qalıqlarının "Homo sapiens" uşağa - 2,5-3 yaşlı oğlana məxsus olduğu üzə çıxıb.

Meyit qəbirdə qıvrılmış vəziyyətdə, sağ tərəfi üstdə, dizləri sinəsinə sıxılmış vəziyyətdə olub. Sümüklərin və ətrafdakı torpağın mikroskopik analizi meyitin boşluğa yerləşdirildikdən sonra qısa zamanda basdırıldığını təsdiqləyib və bu da onu sürətli çürümədən qoruyub.

Alimlər qəbirlə eyni səviyyədə daş alətlər də tapıblar. Arxeoloqlar onları Afrika mezolitinə aid ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran İsraili genişmiqyaslı müharibə ilə hədələdi
Diş həkimi dişlər üçün ən zərərli məhsulların adını AÇIQLADI
İsmayıllı sakinləri yaşadıqları dəhşətdən danışdılar -VİDEO

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...