Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53888
az

Ona xəyanət edən ərindən danışıb kövrəldi

18:0010 May, 2021
4052
ŞOU-BİZNES
  • A

"İndiki ağlım olsaydı, gərək hər şeyə onda son qoyardım. Ömrüm getdi. Gərək vaxtında deyərdim, bitsi. Allah insanın qarşısına çıxarır ki, bəndəm, ayıl. Düşündüm ki, uşaq var. Ondan sonra 7 ay küsülü olduq. Oğlum körpə idi, dedim, böyüyəcək sual verəcək, nə deyəcəm? Təzədən həyatımız davam etdi. Heç bir qadın istəməz ki, isti ocağını söndürsün, gedib pul qazansın. Xanım kimi əyləşmişdim, səliqəli idim, yeməyimi bişirirdim. İndi çörəkpulu arxasınca qaçıram. Bəziləri deyir ki, oxumaqdan ötrü ayrılıb. Uşaqlarımın atasını necə sevdiyimi deyə bilmərəm. Özümə deyirdim ki, belə sevgi olar? Amma o qədər xəyanətin qabağında... Bir insan necədirsə, 50 Aynur olsa da düzəlməyəcək".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Aynur Dadaşova "Sözbaz" proqramında deyib. Boşandığı həyat yoldaşının xəyanətindən danışan ifaçı kövrəlib. O bildirib ki, işıqforda dayanarkən yandakı avtomobildə ərinin başqa qadınla olduğunu görüb.

Aynur 16 yaşlı oğlunun ondan imtina etməsindən danışıb:

"Oğlum xoşbəxtdirsə, bəsdir. Darıxmıram... Darıxanda darıxıram, övlatdır. İstəyirəm yanımda olsun, əlimdən tutsun. Bacısıyla danışırlar, görüşürlər. Amma mənim ünsiyyətim yoxdur. Bilmirəm, özü istəmir, yoxsa qoymurlar. 16 yaşı var, necə istəyir olsun. Anasının ürəyidir, aldığı nəfəsidir. O, elə xoşbəxtdirsə, mən də sevinirəm".

"Hərdən deyirəm ki, cavanam, hər kəs pul qazansa da, qayğıya ehtiyacı olur. Amma qorxuram bundan sonra sevməkdən. Üç ildir həyatımı tək yaşayıram. Sevməkdən, aldanmaqdan qorxduğum üçün həyatımda özəl biri yoxdur" deyə, müğənni əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Damla, Günay, Şəbnəm Tovuzlunu mən məşhurlaşdırdım” - Könül Kərimova

Əməkdar artist onları polisə verəcək
Yəhudi əsilli iş adamı azərbaycanlı müğənniyə evlilik təklifi etdi -FOTO

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video