Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53685
az

SON DƏQİQƏ! Nazirlər Kabineti qərarda mühüm dəyişiklik edib

19:5004 May, 2021
2106
CƏMİYYƏT
  • A

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydasında dəyişiklik edilib.

Oxu24.com -un  məlumatına görə, Nazirlər Kabinetindən “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” qərara verilən izahda bildirilib ki, qeyd olunan Qaydaya müvafiq dəyişikliklərin edilməsi təqaüdlərin təyin olunması və ödənilməsi zamanı bir sıra halların nəzərə alınması məqsədini daşıyır.

Belə ki, “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununa əsasən beynəlxalq və respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müvafiq qaydada ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları müəyyən olunsa da, həmin şəxslərə təqaüdlərin verilməsi qaydası Nazirlər Kabinetinin adıçəkilən Qərarında öz əksini tapmayıb.

Bundan əlavə, Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na edilmiş dəyişikliyə əsasən magistraturaya qəbul imtahanının əvvəlki illərdən fərqli olaraq bir mərhələdə keçirilməsi müəyyən olunub. Bunun nəticəsi olaraq bakalavrın qəbul imtahanında toplaya biləcəyi maksimal bal 100 bal olub. Halbuki, əvvəlki illərdə (qəbul imtahanının iki mərhələdə keçirilməsi zamanı) bu hədd 150 bal təşkil edirdi.

Göstərilənlər nəzərə alınmaqla, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtdan dəhşətli xəbər gəldi: Ölən var
İran İsraili genişmiqyaslı müharibə ilə hədələdi
Diş həkimi dişlər üçün ən zərərli məhsulların adını AÇIQLADI

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...