Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53671
az

Aysel Ərdoğan TƏBİB sədri Ramin Bayramlını məhkəməyə verdi

16:0404 May, 2021
1229
HÜQUQ
  • A

İşdən çıxarılan həkim Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlını məhkəməyə verib.

Oxu24.com  xəbər verir ki, bu barədə Unikal.org-a Talassemiya və Profilaktika şöbəsinin keçmiş müdiri, həkim Aysel Ərdoğan bildirib.

O, qeyd edib ki, qanunsuz olaraq işdən çıxarılıb:

“Milli Hematologiya və Transfuziologiya Mərkəzi nəzdində şöbənin müdiri olmuşam. Heç bir əsas olmadan əmək müqaviləmə xitam verilib. Əmək müqaviləsi olmadan həkim lobarant vəzifəsinə təyin ediblər. Bununla da Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinib (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov əmək qanunvericiliyini kobud şəkildə pozub.

Məsələ ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etmişik. İşə hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq. İş icraata götürülüb. Ümid edirəm ki, məhkəmə ədalətli qərar çıxaracaq. Özüm ikinci qrup əliləm. 2012-ci ildən etibarən yaradılan strateji lobarotoriyada işləyirəm. Ramin Bayramlı köhnə işçiləri çıxararaq, öz layiqsiz kadrlarını bura yerləşdirir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi