Millət vəkilindən şad xəbər: Dəniz mövsümü başlayır, karantin yumşaldıla bilər
Qarşıdakı bir-iki həftə ərzində koronavirusun bu dalğasının sönməsi, daha doğrusu, səhiyyəmiz üçün yük yaratmayacaq rəqəmlərə gəlməsi ehtimalı var.
Oxu24.com xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Rəşad Mahmudov deyib.
O bildirib ki, yoluxma sayı və səhiyyə üzərindəki yük azaldıqca yumşaldılmalarla qarşı-qarşıya gələ bilərik:
“Onsuz da bu dalğada hökumət elə də ciddi sərtləşmə tədbirlərinə getmədi.
Ümidvaram ki, yayın gəlməsi, dəniz mövsümünün başlaması ilə əlaqədar insanların normal həyata dönməsinə uyğun addımlar atılacaq və qərarlar qəbul ediləcək”.
ŞƏRHLƏR