Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53367
az

““Bayraktar”lar bizim əsas silahımız olan “Qiatsint”ləri məhv etdi...” - Ermənilər etiraf etdi

20:5729 Aprel, 2021
1977
  • A

Türkiyənin “Bayraktar TB2” pilotsuz döyüş təyyarələri İkinci Qarabağ müharibəsində əsas rol oynadı və Ermənistan ordusunun silahlanmasında yer alan əsas artilleriya vasitələrini məhv elədi.

Oxu24.com xəbər verir ki, bunu Ermənistan ordusunun artilleriyaçısı  Tiqran Danielyan "Senzor" Ukrayna nəşrinə deyir. O, bildirir ki, Ermənistan ordusunun silahlanmasında onun əsas “kozır”ı hesab edilən uzaqvuran artilleriya var idi. 2A36 “Qiatsint-B” qaubitsaları Qarabağın bütün ərazisini, İran sərhədinə qədər və sərhədin yaxınlığında yerləşən, Azərbaycan ordusunun əsas zərbəni yönəltdiyi Cəbrayıl şəhərini atəş altında saxlaya bilərdi. Danielyanın fikrincə, bununla müharibənin gedişatını dəyişdirmək olardı.

 

Lakin Azərbaycan ordusunun tətbiq etdiyi “Bayraktar”lar erməni ordusuna artilleriyanın imkanlarından tam istifadə etməyə imkan verməyib. Danielyan bildirir ki, məhz “Qiatsint” qaubitsaları “Bayraktar”ların əsas hədəfi idi və onlara praktiki olaraq daim zərbələr endirilirdi.

Danielyan Hollandiyanın “Oryx” nəşrinin internetdə dərc edilmiş videolara əsasən tərtib etdiyi statistikadan sitat gətirir. Orada bildirilir ki, “Bayraktar”lar ən azı 12 “Qiatsint” qaubitsasını məhv edib.

Cəmi döyüşlərdə isə Ermənistan ordusu 320-dən çox artilleriya silahı itirib, onların əksəriyyətinə məhz PUA-lar zərbə endirib.  Bu da Danielyana görə, məğlubiyyətin əsas səbəblərindən biridir. Çünki uzaqvuran artilleriya olmadan Ermənistan ordusu layiqli müqavimət göstərə bilməzdi.

“Qiatsint” Rusiyanın və bir çox keçmiş sovet respublikalarının ordularının silahlanmasında yer alan əsas artilleriya silahıdır. 152 millimetrlik mərmilərlə 30 kilometrdən çox məsafəyə atəş açır. Yedəyə alınan “Qiatsint” qaubitsalarının ağırlığı 10 tondan çoxdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad edilir
Yeni alınan hərbi təyyarələr haqda ilginc faktlar: Bir ədədin qiyməti… – VİDEO
İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM