Müğənni Elton Hüseynəliyev pandemiya olsa da evdə keçirilən məclislərə dəvət aldığını deyib.
Müğənni ötən gün Xəzər telekanlaında “Səhər Mərkəzi” proqramına qonaq olarkən bu barədə açıqlama verib. O qeyd edib ki, evdə keçirilən məclislərdə iştirak edir:
“Arada işlər olur, gedirik. Evdə keçirilən məclislərə qatılırıq. Orada böyük ansambl yoxdur, canlı oxuyuruq. 15 nəfərlik ansambldan 3 nəfərə düşmüşük”.
Xatırladaq ki, pandemiya ilə əlaqədar Azərbaycanda toyların, ad günü tədbirlərinin keçirilməsi qanunla qadağandır.
Oxu24.com
ŞƏRHLƏR