Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53344
az

Bakıda sürücünün şok fırıldağı - Dövlət avtobusunun nömrəsini dəyişib satdı

15:1929 Aprel, 2021
4048
KRİMİNAL
  • A

Bir müddət əvvəl Xəzər Dəniz Donanmasının Nəqliyyat şöbəsinin tabeliyində fəaliyyət göstərən MMC-də avtobus sürücüsü işləyən 1985 Elşad Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış cinayət işinin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.

Oxu24.com  xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, MMC-də sürücü kimi çalışan və ona dəyəri 55 min manat olan "Mercedes 3900" markalı avtobus təhkim edilən E.Hüseynov nəqliyyat vasitəsinin şassi, mühərrik və digər nömrələrini dəyişərək satıb. O, yarımavtomatik sürət qutusu ilə çalışan avtobusun əvəzinə həmin dövlət qeydiyyat nişanını bağladığı və mexaniki sürətlər qutusuna malik olan (Mercedes 403 markalı) digər köhnə avtobusu işlədiyi qaraja gətirib. Lakin qarajda çalışan səlahiyyətli şəxslər rəngləri və ölçüləri demək olar ki, eyni olsa da, avtobusda fərqlilik olduğunu hiss ediblər və araşdırmaya başlayıblar. Məlum olub ki, avtobusun şassi və mühərrik nömrələri kustar üsulla dəyişdirilib, həmçinin digər fərqliliklər var.

Bundan sonra E.Hüseynov barəsində hüquq-mühafizə orqanlarına məlumat verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kişini döyüb öldürdülər
Polisin tutduğu 35 yaşlı qadının şok əməli üzə çıxdı
Şəkidə məktəbli intihar edib

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər