Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53328
az

SON DƏQİQƏ! DYP MÜRACİƏT ETDİ

12:0329 Aprel, 2021
1488
SON DƏQİQƏ
  • A

Paytaxtda və bölgələrdə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, eləcə də ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması məqsədilə keçirilən reydlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən  Oxu24.com-a  verilən məlumata görə, bu qəbildən olan növbəti tədbir atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması və ən önəmlisi bu sahədə maarifləndirmə işinin daha da gücləndirilməsinə həsr olunub.

Gəncə, Qax, Qazax, Qəbələ, Qusar, İsmayıllı, Kürdəmir, Göyçay, Göygöl, Goranboy, Mingəçevir, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Xocalı, Xızı, Hacıqabul, Cəlilabad, Şamaxı, Şəki, Şəmkir və Şirvan şəhər, rayon polis orqanlarının Dövlət Yol Polisi qurumlarının əməkdaşları və tədbirə cəlb olunan mütəxəssislər tərəfindən sürücülərə bir daha izah olunub ki, onlar istifadələrində olan nəqliyyat vasitələrinin texniki sazlığını, eləcə də avtomobildən ixrac olunan qazların tərkibinin normalara uyğun olmasını daim nəzarətdə saxlamalıdırlar.

Kütləvi informasiya vasitələrinin də cəlb olunduğu tədbirlərdə mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələri müəyyən edilərək sürücüləri qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, "Təmiz hava" şüarı altında keçirilən tədbirlərin ilin sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəyyam üçün toplanan pulun aqibəti necə olacaq? - Açıqlama
Sumqayıtdakı partlayışdan- Görüntülər
Dəhşətli xəbər gəldi: Ölən var

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Bakıda keçmiş nazir müavinini maşın    vurub      öldürdü