Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52919
az

“ONUN YERİNƏ UTANIB XƏCALƏT ÇƏKİRƏM...” - Ağsaqqallar Şurasının sədri

18:4422 Aprel, 2021
1647
CƏMİYYƏT
  • A

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı internetdə yayılan qeyri-etik video günün əsas müzakirə mövzularından biridir.

Sosial şəbəkələrdəki müzakirələrdə 76 yaşlı sabiq deputatın ağsaqqal adına yaraşmayan əməli - xanım köməkçisinə qarşı qeyri-əxlaqi hərəkəti qınanılır.

Hüseynbala Mirələmovu qınayanlar eyni zamanda, Azərbaycan Ağsaqqallar Şurasından da hadisəyə susqun qalmaqda narazılıq edirlər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Modern.az-a açıqlamasında məsələyə sərt münasibət bildirib.

Eldar Quliyev deyib ki, belə bir hadisə həqiqətən baş veribsə, Hüseynbala Mirələmovun yerinə xəcalət çəkir:

“Sosial şəbəkədə görüntüləri gördüm, amma nə qədər düzgündür və ya yanlışdır deyə bilmərəm. Bunu araşdırmaq, daha sonra bu barədə fikir irəli sürmək lazımdır.

Bilirsiz ki, bu dövrdə texnikanın inkişafı ilə çox hadisələr etmək olar. Videonu görəndə hansısa montaj olduğunu hiss etmədim. Yenə də araşdırmaq mütləqdir. Hüseynbala müəllimlə işlədiyimiz müddətdə mən onun heç zaman belə bir hadisələr etməsilə qarşılaşmamışam. Özü də ziyalı, alim adamdır. Əgər belə bir hadisə həqiqətən baş veribsə, mən onun yerinə utanıb xəcalət çəkirəm. Çünki belə bir yaşda bu cür hərəkət etməsi düzgün olmaz.

Hadisənin düzgünlüyü təsdiqlənsə, bu barədə Ağsaqqallar Şurası tərəfindən də ciddi tədbirlər görüləcək. Texnika o qədər inkişaf edib ki, insan nəyin doğru, nəyin yanlış olduğunu da bilmir.

Hüseynbala Mirələmovla əlaqə saxlamamışam. Yəqin ki, bu hadisə həqiqət olsa da deyəcək “mən elə bir şey etməmişəm”. Gözləyək, araşdırılsın, həqiqət sübuta çıxarılsın daha sonra nəticəyə uyğun tədbir görülər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə kəsmiyi çayla birlikdə yemək olmaz?
Təzyiq ölçərkən edilən TƏHLÜKƏLİ SƏHVLƏR -Danışsanız...
Xırdalanda mənzildə meyit tapıldı

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Turalın ailəsindən tükürpədici açıqlama +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Atasını öldürən şəxsin məhkəməsi başlayır