Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52826
az

Polis bu şəxslə bağlı əhaliyə müraciət etdi - FOTO

21:4720 Aprel, 2021
2465
HÜQUQ
  • A

Ağsu rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

Oxu24.com  xəbər verir ki, polis şöbəsinə müraciət edən iki nəfər rayon sakini Şahalı adlı şəxsin guya onlara əlillik dərəcələri təyin etdirəcəyini vəd edərək aldatdığını və ümumilikdə 7000 manata yaxın pullarını aldığını bildiriblər.

Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş rayonun Qiyaslı kənd sakini Şahalı Eminov saxlanılıb.

Faktla bağlı Ağsu rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

 

Ş.Eminovun Ağsuda, eləcə də respublikanın digər şəhər və rayonlarında oxşar cinayətlər etdiyi istisna olunmur.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Ağsu rayon polis şöbəsi və ya şəhər telefonlarından 020-226-51-23 nömrəsi, habelə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi