Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52756
az

SON DƏQİQƏ! Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib

09:2819 Aprel, 2021
1346
REDAKTORUN SEÇİMİ
  • A

Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə  bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəki şəhər sakini Pərviz Salamov, Mingəçevir şəhər sakini Feruz Paşayev və Göyçay rayon sakini Emil Eyubov saxlanılıb. 

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a  verilən məlumata görə, üzərlərinə şəxsi axtarış keçirilən zaman Pərviz Salamovun üzərindən çəkisi 17.481 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Feruz Paşayevin idarə etdiyi “KİO-RİO” markalı avtomobilə baxış keçirilən zaman oradan 1 kq 85 qram narkotik vasitə olan “heroin” və 5 kq 600 qram çəkidə nakotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. 

İlkin dindirilmə zamanı P.Salamov narkotik vasitəni, hələlik kimliyi istintaqa məlum olmayan İran vətəndaşından sifariş etdiyi və Gəncə şəhər ərazisindən götürdüyünü bildirib. 

Şöbə əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə  hesab olunan “tiryək” qanunsuz dövriyyədən çıxarılıb. Belə ki,  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, müştəri qismində “Opel” markalı taksiyə əyləşərək Bakı şəhər istiqamətində hərəkətdə olan, Abşeron rayon sakini Rais İbrahimov Hacıqabul rayonu ərazisində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış keçirilən zaman 5 ədəd politelen bükümlərdə ümumi çəkisi 4 kq 175 qram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada 32 ildən sonra uşaq doğuldu - FOTOLAR
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq etdi - TƏCİLİ
Kanaldan qadın meyiti tapıldı

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər