Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52660
az

"Rəmişin hər şeyi mənimdir, maşını, evi..." - Mülk davası

21:4815 Aprel, 2021
2688
ŞOU-BİZNES
  • A

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) mirası açıqlanıb.

Oxu24.com lent.az-a istinadən xəbər verir ki, gitara ifaçısının həyat yoldaşı Gülü (Gülşən Hüseynova) bütün mülkün ona qaldığını bildirib:
"Rəmişin ilk həyat yoldaşından iki qız övladı var. Onunla 1974-cü ildə boşandı. Bu da onların ailə söhbətidir, heç kim qarışa bilməz. O evlilikdən 4 il sonra 1978-ci ildə mənimlə rəsmi ailə qurdu. Bizim nikah şəhadətnaməmiz və dini kəbinimiz də var. Mən Rəmişin halal ikinci həyat yoldaşıyam. Rəmişin hər şeyi mənim adımadır. O, neçə il öncə hər şeyi mənə hədiyyə etdi. Maşını, evi və hər şeyi mənim adıma keçirdi. Onun mirasından heç kim pay istəyə bilməz.

Ona evi də mənimlə evli olan müddətdə - 2009-cu ildə möhtərəm Prezidentimiz hədiyyə edib. Rəmiş də evi mənə hədiyyə etdi. Hədiyyə də heç bir zaman bölünə bilməz, bölünmür də. Bizdə hər şey qanun çərçivəsindədir. Qanundan kənar iş görmürük. Hər şey hüquq müstəvisində həll olunub. Qanuni yolla mənimdir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Natavan Həbibi bacısını axtarır
Aynişan yenidən ora getmək istəyir -FOTO
Aysun İsmayılova etiraf etdi:"Heç vaxt həyat yoldaşımı..."

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı