Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52625
az

Ramazanda mədəaltı vəzi və həzm üçün - Lazımlı qidalar

23:4714 Aprel, 2021
2236
CƏMİYYƏT
  • A

Ramazanda ac qalmaq mədəaltı vəz üçün nə qədər faydalıdırsa, axşam və səhər tezdən çox yemək və vaxtszı yemək bir o qədər təhlükəlidir. Həzm sistemi ilboyu düzgün işləməyən insanlarda orucluq zamanı bu problem daha da kəskinləşdirə bilər.

Sfera.az həzm və hormonal funksiyaları idarə edən mədəaltı vəzinin yaxşı işləməsi üçün onun sevdiyi qidaların siyahısını təqdim edir.
Çalışın məhz bu ərzaqlardan ay ərzində bir neçə dəfə qəbul edəsiz.

1.Brokkoli

Tərkibində olan apiqenin mədəaltı vəzin toxumasını, divarını patogen təsirlərdən qoruyur. Yaxşı olar ki, brokkolini ya buxarda bişirib, ya da şirəsini çiy halda içəsiz.

2.İspanaq

Mədəaltı vəzi bədxasəlli şiş hüceyrələrdən qoruyur.

3.Yoqurt

İmmun sistemi möhkəmləndirən probiotikdir, mədə-bağırsaq sistemin işini yaxşılaşdırır. Mədəaltı vəz üçün az yağlı, qatqısız, rəngsiz, təbii yoqurtlar seçin.

4.Balqabaq

Duz turşularını neytrallaşdırır, tərkibində karotin, kaliy, B qrup vitaminləri, dəmir, maqniy mədəaltı vəzi üçün dərmandır. Pankreatit xəstəliyi olanlar balqabaq şirəsi içsin.

5.Batat (şirin kartof)

Yer kartofu, qırmızı kartofa bənzər bu tərəvəz satışda olur. Formasına görə mədəaltı vəzini də xatırladır. Vəzi artıq yükdən azad edir.

6.Topinambur

Bizdə dombalan deyilir. Zəncəfil kökünə bənzəyir. Şirin kartof kimi dadı var. Maddələr mübadiləsini normallaşdırır, mədəaltı vəzi iltihabını azaldır. Şəkərli diabetin yaranmasına qarşıdır, aterosklerozun qarşısını alır.

7.Qarağat

Şəkərli diabet xəstələri üçün əvəzsizdir. Çünki mədəaltı vəzin işini stimullaşdırır. Əgər il ərzində çox miqdarda qarağat qəbul etsəz, qaraciyər, öd, mədəaltı vəz problemlərindən qurtula bilərsiz.

8.Qarabaşaq

Mədəaltı vəzi toksinlərdən təmizləyir, pankreatiti müalicə edir. Amma qarabaşağı yağsız, duzsuz qəbul etmək lazımdır.

9.Qırmızı üzüm

Güclü antioksidantdır, sərbəst radikalları zərərsizləşdirir. Iltihabı azaldır. Mədəaltı vəzin xərçəngində sağlam hüceyrələrin ölüm faizini azaldır.

10.Biyan kökü

Bu möcüzəvi dərman bitkisi çox xəstəliklərdə müalicə edir.Dəmləməsi iltihab əleyhinədir, ağrı, ödemi azaldır, pankreatiti zəiflədir. Gündə 2 fincan içmək lazımdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
Ərdoğan Suriyaya gedəcək
İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ