Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52615
az

Azərbaycanda bu karantin qadağasının ləğv olunması təklif olunur

21:1414 Aprel, 2021
1703
REDAKTORUN SEÇİMİ
  • A

"Son həftələr əksər ölkələrdə, o cümlədən Azərbaycanda virusa yoluxanların sayında artımlar müşahidə olunsa da, dövlətlərin pandemiya ilə mübarizə tədbirləri bir-birindən fərqlənir. Ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən qadağalardan biri də həftəsonları ictimai nəqliyyatın işləməməsidir".

"Ölkə.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Facebook" hesabında yazıb.

O bildirib ki, hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda həftəsonları ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur:

"Bununla belə, xüsusən də şənbə günləri çalışanların bir qismi üçün həftəsonları ictimai nəqliyyatın işləməməsi xüsusi çətinliklər yaradır. Bu baxımdan, həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı.

Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur. Məsələn, həftəsonları ictimai nəqliyyatın gecəyarısınadək deyil, səhər saatlarından axşam 20:00-dək işləyə bilər".

Deputat qeyd edib ki, xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı: "Bu həftəsonları müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada 32 ildən sonra uşaq doğuldu - FOTOLAR
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq etdi - TƏCİLİ
Kanaldan qadın meyiti tapıldı

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər