Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52592
az

SON DƏQİQƏ! Azərbaycanda  mədəniyyətinə ağır itki baş verdi

18:0214 Aprel, 2021
2516
SON DƏQİQƏ
  • A

Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Reklamçılar İttifaqının üzvü, keçəçi rəssam, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Rauf İsmayılov vəfat edib.

Bu barədə Oxu24.com-a  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şəhanə Müşfiq məlumat verib.

O bildirib ki, R.İsmaylov bir müddət əvvəl koronavirusa yoluxmuşdu: "O, martın 6-dan komada idi, amma bu gün günorta keçinib".

Qeyd edək ki, R.İsmayılov 1957-ci ildə Mingəçevir şəhərində anadan olub. 1974–1976-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1980–1986-cı illərdə Muxina adına Sankt-Peterburq Rəssamlıq İnstitutunun hazırlıq şöbəsində, 1986–1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsil alıb.

Keçədən hazırlanan yüzlərlə əsərin müəllifi olan R.İsmayılov "Ana məhəbbəti", "Hünər meydanı", "Fəryad", "Gəl rəqs edək", "Gecə görüntüləri", "Qurtuluş", "Məhəbbət sorağında", "Tənha ağac" və s. əsərlərin müəllifidir. 2002-ci ildə "Humay" milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi Soltan Məhəmməd adına xüsusi mükafata, 2005–2006-cı illərdə İran İslam Respublikasının, 2006-cı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb. 2006-cı ildə Bakı şəhərində "Həyatın bir anı", 2009-cu ildə "Ulu sənət", 2010-cu ildə "Ulu xalq – ulu sənət" adlı fərdi sərgiləri təşkil olunub.

Allah rəhmət eləsin!

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər gəldi: Ölən var
Yanvarın 29-u iş olmayacaq
Uşaqlarla bağlı bu qanunda       dəyişiklik       edilir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı