Səudiyyə Ərəbistanında 3 hərbi qulluqçu barəsində daha əvvəl çıxarılmış edam cəzası icra olunub.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasına görə, müttəhimlər xüsusi məhkəmə tərəfindən “vətənə xəyanət” və “düşmənlə əlbir olmaq”da ittiham olunaraq günahkar biliniblər.
Düşmənin məhz kim olduğu qeyd olunmasa da, edam hökmü ölkənin cənubunda, Yəmən sərhədi yaxınlığında icra olunub. Belə ki, Səudiyyə Ərəbistanı 6 ildir qonşu ölkədə İran dəstəkli Husi islamçı hərəkatına qarşı döyüşən beynəlxalq koalisiyaya başçılıq edir.
Oxu24.com
ŞƏRHLƏR