Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5208
az

Azərbaycan əhalisində ən çox çatışmayan vitamin – E vitamininin azlığı insanın qocalması və tez ölməsi deməkdir

15:2713 Sentyabr, 2018
1552
TİBB
  • A
Oxu24.com  xəbər verir ki, bütün daxili orqanların işi, maddələr mübadiləsinə və həzm traktına müstəsna təsiri olan E vitamini insan yaşlaşdıqca, yaşadığı yerdən, həyatdan və qidasından asılı olaraq azalmağa başlayır.

E vitamini əskikliyinin əlamətləri:

-Əzələlərdə, qol və ayaqlarda sanki zəiflik, boşalma, uyuşma və keyləşmə hissi – E vitamini çatışmazlığının ən birinci əlamətidir. Uzun müddət defisit olduqda xəstə yeyərkən səndirləyir, axsayır, ayaqlarda, çanaqda ağrılar olur.

-Dərinin qəfildən və tez müddətdə qırışması, quruması, çatlaması, sallanması, pozulması, dəridə qəhvəyi ləkələr – xarici görünüşdə E vitamini defisitinin bariz nümunəsidir.

- Saçların quruması, qırılması, zəifləməsi

-Gözlərin zəifləməsi, oxuyarkən tez yorulma, kəsici ağrı, sanki qum batırmış kimi sancı
-Psixoloji-emosional dəyişkənlik – ağlayıb –sısqamaq, iştahsızlıq, qıcığa qarşı kəskin reaksiya, qışqırmaq

-Cinsiyyət hormonlarının azalması, libidin düşməsi, intim hisslərin olmaması – həm kişi, həm də qadınlarda impotensiya, frigidliyin artması
-Hamilə qala bilməmək, düşüklər, səbəbsiz sonsuzluq

Nə etməli?

Əgər qan analizində və əlamətlərlə E vitamini əskikliyi diaqnozu qoyulubsa, qida ilə bu əskikliyi doldurmaq mümkün olmayacaq. Çünki bağırsaqlar meyvə-tərəvəzdə olan vitaminin 50%ni mənimsəyir. İndiki qidalarda E vitamini olmasına isə heç kim zəmanət vermir.

Sutkalıq doza – 12 mq-dır.

Hansı ərzaqlarda var:

-Təzə tərəvəz və meyvələr
-Qoz, ləpələr, quru meyvələr
-Tər göyərti
-Rafinə olunmamış bitki yağları

-Yarma, buğda, çovdar sıyıqları
-Yumurta sarısı
-Qaraciyər
 

Bundan əlavə E vitamini gərək orqanizm tərəfindən mənimsənilsin. Mədə-bağırsağı xəstə insanlarda bu baş vermir. Ona görə aptekdə satılan E vitamini preparatlarını qəbul etmək lazım olacaq. Gündə 2-3 dəfə 1 kapsul qəbul etmək lazımdır. Maksimal doza 1100 me-dir. Dozanı həkim təyin etməlidir.

Kimlərə kapsul E vitamini olmaz:

-Qanazlığı olanlara
-Preparata fərdi əks-təsiri olanlara
-Diabet xəstələrinə
-Yağ mübadiləsi pozulanlara
-E vitamini ilə uzlaşmayan digər dərmanlar qəbul edərkən

Bütün bunları da həkim təyin etməlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədən uyuşmazlığı nədir?
Seks və ağrı: intim münasibətdən məhrum qadınların HEKAYƏLƏRİ
Güclü ürəyə sahib olmağın ən asan yolu