Rusiyanın Ukrayna sərhədinə ağır texnika və hərbi qüvvə cəmləşdirməsi Kiyev-Moskva xəttindəki gərginliyi bir qədər də artırıb.
Redaktor.az xəbər verir ki, Ukrayna-Rusiya sərhədində yaşayan vətəndaşların qeydə aldığı və sosial mediada paylaşdığı görüntülərdə Rusiyanın sərhədə Kamov Ka-52 və Mi-28 tipli hərbi helikopterləri göndərdiyi öz əksini tapıb.
Görüntülərin nə dərəcədə reallığı əks etdirdiyi məlum deyil.
Dünən Ukraynanın şərqindəki Donbass bölgəsində atəşkəsin pozulması nəticəsində 2 Ukrayna əsgərinin və 1 mülki şəxsin yaralandığı qeyd olunub.
Ukrayna Silahlı Qüvvələri tərəfindən verilən açıqlamada separatçıların dünən atəşkəsi 21 dəfə pozduğu bildirilib.
Oxu24.com
ŞƏRHLƏR