Xalq artisti Flora Kərimova açıqlaması ilə hər kəsi təəccübləndirib.
ATV telekanalında yayımlanan "Gün ortası" verilişində qonaq olan sənətçi vəsiyyətini açıqlayıb:
"İstəmirəm şəklim asılsın və hamı "yazıq" desin. Hətta tapşırmışam ki, mümkün olsa, mənim harada dəfn olunmağımı heç kim bilməsin. Ancaq övladlarım bilsin. Əvvəl demişdim ki, bağda həyətdə dəfn etsinlər. Sonra düşündüm ki, Yaqut qorxacaq, düşüb həyətdə ağaclara su verməyəcək. Ölümdən qorxmuram. çünki yatıram, özümdən xəbərim olmur. Oyananda deyirəm ki, şükür oyandım. Öləndə də yatacam, bilməyəcəm".
Oxu24.com
ŞƏRHLƏR