Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51848
az

SON DƏQİQƏ! Prezident vacib sərəncam imzaladı

19:3601 Aprel, 2021
17680
  • A

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında Sərəncam imzalayıb.

Oxu24.com  xəbər verir ki, Sərəncamla işğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə qərara alınır:

Aşağıdakı hərbi prokurorluqlar yaradılsın:

- Qubadlı Hərbi Prokurorluğu;

- Kəlbəcər Hərbi Prokurorluğu;

- Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;

- bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş hərbi prokurorluqların yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM
Paşinyan Azərbaycanla sülh barədə: “Kosmosa uçuşlar da qeyri-real görünürdü”
Samir Nuriyev İqor Petrişenko ilə görüşüb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi