Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51695
az

Azərbaycanda dəhşət: Qadını azyaşlı övladının gözü qarşısında öldürdülər

07:2531 Mart, 2021
2028
KRİMİNAL
  • A
Hacıqabulda 35 yaşlı qadın qətlə yetirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Rəsulova Fəxriyyə Feyruz qızı qaynı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisənin qısqanclıq zəminində törədildiyi deyilir. Hazırda qadının meyiti müayinə olunması üçün Şirvan morquna yerləşdirilib. Qətli törədən Hacıqabul rayonunun Muğan kənd sakini, 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlu saxlanılıb. Məlumata görə, E.Axundov dul qalan əmisi arvadını 12 yaşlı oğlunun gözü qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı
Ali Məhkəmənin adından istifadə edərək dələduzluq edən şəxslərə cinayət işi açıldı
Cinayətdə şübhəli bilinən 18 nəfər saxlanıldı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı