Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51678
az

Bunu edin — Sizin paltaryuyan maşınınız heç vaxt xarab olmayacaq!

07:4731 Mart, 2021
2998
MARAQLI
  • A

Hətta ən bahalı paltaryuyan maşını vaxtaşırı təmizləmək lazımdır. Sizə paltaryuyan maşınını ərpdən, kifdən və kirdən düzgün təmizləmə qaydalı barədə bəzi məsləhətləri təqdim edirik.

Çox vaxt plastik və ya metal səthdə müxtəlif kir və mineral maddələr toplanır. Bu sərt suyun istifadəsi, paltaryuyan maşının yanlış istismarı, həddən artıq çox keyfiyyətsiz kimyəvi yuyucu vasitələrin tətbiqi nəticəsində yaranır.

Təəssüf ki, çox kir yığını çətin təmizlənən yerlərdə yığıldığı üçün, təmizləmə prosesi çətinləşir və zamanla bu paltaryuyan maşının sınmasına gətirib çıxarır. Buna görə istehsalçılar paltaryuyanı heç olmasa ayda 2 dəfə təmizləməyi məsləhət görürlər.

Maşının təmizlənməsi

Bu paltaryuyan maşının təmizliyinin saxlanılması üçün ən sadə üsuldur. Maşında yuyucu tozun, suyun və ağardıcı vasitələrin ləkələri qalır. Bu ləkələri aparmaq üçün onları ilıq suda isladılmış dəsmal ilə silmək kifayətdir.

Barabanın içəridən təmizlənməsi

Maşının daxilində xoşagəlməz qoxu hiss edən kimi, barabanın təmizlənməsinin əsl vaxtı olduğunu bilin. Xoşagəlməz qoxulardan qurtulmaq üçün, qabaqcadan barabana paltaryuyan maşın üçün ağardıcı və ya təmizləyici töküb maşını isti su ilə doldurmaq kifayətdir.baraban

Əvvəlcə qısa müddətə yuma dövrünü qoşmaq lazımdır ki, ağardıcı suya qarışsın. Sonra isə söndürüb bir saata qədər bu vəziyyətdə saxlamaq lazımdır. Filtri 3 ayda bir dəfə təmizləmək tövsiyə edilir. Yuma prosesində profilaktika üçün su yumşaldıcılarından istifadə edin.

Paltaryuyanın ərpdən təmizlənməsi

Paltaryuyan maşınlar üçün yaxşı təmizləyici vasitə üç şərtə uyğun olmalıdır: geyim və insan üçün təhlükəsiz olmalı, paltaryuyan maşının daxili səthini çirk və toz qalıqlarından effektiv təmizləməli, maşının özü üçün isə təhlükəsiz olmalıdır.

Buna görə yaxşı təmizləyici vasitələrdən istifadə etmək lazımdır ki, onlar da çox vaxt paltaryuyan maşınların istehsalçıları tərəfindən buraxılır.

Şlanqların və filterlərin təmizlənməsislanq

Əgər paltaryuyan maşının filtlərini və şlanqlarını müxtəlif çirklərdən təmizləməsək, bu zaman o gələcəkdə yararsız hala düşə bilər.

Maşının təmizliyinə daim diqqət edin

Yuyulmuş paltarları uzun müddət maşında saxlamayın, çünki rütubətli ilıq mühit kifin və göbələyin artımına imkan yaradır. Onların sayəsində xoşagəlməz qoxu yaranır və paltaryuyan maşının iş qabiliyyəti əhəmiyyətli dərəcədə pisləşir.

Havanın dəyişməsi

Əgər maşında müəyyən nəmişlik qalıbsa, o hava dəyişmənin nəticəsində kifayət qədər tez quruyacaq.
Belə kifayət qədər sadə məsləhətlərə riayət edərək, siz paltaryuyan maşınınızın sizə daha uzun müddət xidmət etməsini təmin edəcəksiniz.

Vanga: Pula ehtiyacınız varsa, bunu oxuyun...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

WhatsApp-da yeni funksiya işə salındı
Ayda su tapıldı
WhatsApp-da artıq daxili tərcüməçi var