Azərbaycanın Xankəndi şəhərində "Sofiya" ticarət və əyləncə mərkəzində ermənilər arasında baş verən dava-dalaş nəticəsində 3 nəfər yaralanıb.
Oxu24.com unikal.org-a istinadən bildirir ki, bu barədə məlumatı "news.am" yayıb.
Bildirilib ki, Ermənistanın Ararat vilayətinin 31 yaşlı sakini M.Akopyan, Yerevanın 44 yaşlı sakini A.Karapetyan və Xankəndinin 39 yaşlı sakini S.X. arasında mübahisə sonradan bıçaqlanma ilə davam edib.
Nəticədə Ermənistan vətəndaşları müxtəlif dərəcəli bıçaq yarası alıb, Xankəndi sakininin isə burun sümüyü sınıb.
Hadisənin səbəbi araşdırılır.
Həmçinin oxu: DİQQƏT! Əsla yatarkən yanınıza stəkanda su qoymayın...MÜTLƏQ İZLƏYİN!
Oxu24.com
ŞƏRHLƏR