Şərqi Aralıq dənizi bölgəsində vəziyyət get-gedə gərginləşir.
Redaktor.az xəbər verir ki, ABŞ, Fransa, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və İspaniyadan 60-dan çox döyüş təyyarəsi əraziyə cəlb olunub. İsrail mediası isə təlimlərin əsas hədəfi kimi Türkiyəni qeyd edib.
ABŞ və Yunanıstan xüsusi təyinatlıları Suda Hərbi Bazasında ard-arda təlimlər həyata keçiriblər. Təlimlərdə Türkiyə əleyhinə ittifaqın daimi üzvü sayılan Cənubi Kipr ordusu da iştirak edib.
Yunan mediası ABŞ, İsrail, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və İspaniyanın da qatılacağı 'Iniocho 2021' adlı təlimdə 60-dan artı qırıcının və bütün Yunanıstan təyyarələrinin Şərqi Aralıq dənizi səmalarında uçacağını yazıb.
İsrail Ordusunun ilk dəfə sərhədləri xaricində bu qədər uzun müddət qalacağı diqqət çəkən digər məqamdır.
İddialara əsasən, Türk Hava Qüvvələrinə aid döyüş təyyarələri və ya hərbi helikopterlərin NOTAM bölgəsinə girdiyi təqdirdə, İsrail qüvvələri tərəfindən hədəf alınacaq.
Oxu24.com
ŞƏRHLƏR