Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51496
az

Oteldə dəhşət: Kişinin meyiti hamamda,qadının  meyiti yataqda tapıldı - Görün kimlər imiş

20:3828 Mart, 2021
7460
ÖZƏL BÖLÜM
  • A

İstanbulun Şişli rayonundakı hoteldə eyni otaqda qalan bir kişi və bir qadın olmaqla, iki nəfər ölü tapılıb.

Bu barədə “Sabah” məlumat yayıb.

Bildirilib ki, polis hadisə ilə bağlı istintaq başlatsa da, mərhumların ölüm səbəbi cəsədlərin incələnməsindən sonra bəlli olacaq.

42 yaşlı Hiranur Korkmaz adlı qadınla 38 yaşlı Muhammet Osman Gürlek adlı kişinin cəsədlərinin aşkar olunduğu otaqda narkotik maddə də tapılıb.

Harbiye məhəlləsinin Cümhuriyyət küçəsində yerləşən hotelin əməkdaşlarının sözlərinə görə, otağın sakinləri ötən bazar ertəsi onu təhvil verməli idilər. Lakin sakinlərin bunu etmədiyini görən işçilər ehtiyat açarla qapını açıb içəri girərkən onların öldüyünü görüblər. Əməkdaşlar qadın cəsədinin yataqda, kişi cəsədinin isə hamam otağında olduğunu bildiriblər.

Cəsədlərdə hər hansı bir kəsici, deşici və ya güllə yaraları aşkar olunmayıb.

Hazırda polis təhlükəsizlik kameralarının görüntülərini araşdırır.

Qeyd edək ki, bu ölüm faktının videogörüntüləri sosial şəbəkədə yayılmış, sözügedən görüntülərin İstanbulda vəfat etmiş Azərbaycan vətəndaşına aid olduğu iddia edilmişdi.

Bu gün aparılan istintaq isə bunun belə olmadığını bir daha sübut edib.

 

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Brüsselə arvadını da aparıb - daha kimlər var? - SİYAHI
SON DƏQİQƏ! Azərbaycanda pensiya ilə bağlı bu qərar dəyişdi
Naxçıvanski adına Hərbi Liseydə milyonlarla mənimsəmə aşkar edilibmiş...

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub