Azərbaycanda taksi sürücüsü 20 yaşlı qıza təcavüz etdi.
Oxu24.com Sonxeber.az-a istinadla xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verlişinə müraciət edən və Günəşin anası olduğu iddia edən qadın bildirib.
O, söyləyib ki, bazardan evə getmək üçün taksiyə mindim: "O, zaman mənim 20 yaşım var idi və nişanlı idim. Sürücü məndən yaşlı idi. Ona görə də düşündüm ki, ondan mənə ziyan gəlməz. İndiki ağlım olsaydı minməzdim.
Dedim, pulumu verəcəm, sürücü məni evə aparacaq. Amma kənddə çata-çatda ağaclıq deyilən bir yer vardı. Maşını sürdü ora.
Mən qışqırdım ki, mənim evim orada deyil. Mənim ağzımın üstündə vurub, təcavüz etdi. Həmin zaman mən nişanlı idim. Hər dəfə nişanlımla bazara gedəndə mənə hədə-qorxu gəlirdi. Mən də məcbur olub, onunla cinsi münasibətdə olurdum. Başıma gələnləri ailəmdən gizlətdim.Dayımın yas mərasimində qohumlarımdan biri əlini qarnıma vurub, hamilə olduğumu söylədi. Mən də qorxumdan anamın üzüyünü götürüb. evdən qaçdım".
Aysel Yusifqızı
Oxu24.com
ŞƏRHLƏR