Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51115
az

Ərdoğandan Qarabağ ilə bağlı MÜHÜM AÇIQLAMA

15:0024 Mart, 2021
3597
DÜNYA
  • A
"Otuz il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının işğalı zamanı törədilən qətliamlar, azərbaycanlı qardaşlarımızla birgə bizim də ürəyimizi dağlamışdı". Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də hakim Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında deyib. “Üç ölkə ATƏT-in Minsk qrupunun həmsədrliyi adı altında bu münaqişənin həllini öz üzərinə götürsə də, 30 il ərzində problemi yalnız daha qarışıq vəziyyətə gətirməkdən başqa heç bir iş görmədilər. Azərbaycanlı qardaşlarımız bu müddət ərzində hər zaman münaqişənin dialoq və qarşılıqlı anlaşma ilə həlli üçün səy göstərdilər. Buna baxmayaraq Ermənistan tərəfi zaman-zaman təxribatları davam etdirmiş, dialoq yollarını bağlayan tərəf olmuşdur. Ötən ilin son aylarında Ermənistan ordusu yenidən Azərbaycana hücum etdi. Belə olan halda Türkiyə olaraq bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında dayandıq. Türkiyənin dəstəyi, Azərbaycan ordusunun qəhrəmalığı və dastanlara yazılacaq mübarizəsi ilə bu murdar işğala son qoyuldu. Türkiyə və Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşmalar formasında başa çatması üçün prosesi yaxından izləməkdə davam edəcəyik", - o vurğulayıb.(Report) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avstraliyada zəlzələ oldu
Kiyevə dördüncü səfərini etdi
Fətullah Gülən öldü

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
İtkin düşən 8 nəfər tapıldı