Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50969
az

“Kürd Elnur” ləqəbli kriminal avtoritetin məhkəməsi başlayıb

14:4422 Mart, 2021
1459
KRİMİNAL
  • A

Bakı Ağır Cinayətlər Məhkəməsində “Kürd Elnur” ləqəbli  kriminal avtoritet Elnur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 1-ə təyin edilib.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı Elnur Abbasovun paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin “BMW” markalı avtomobilini qəsdən dərəyə aşıraraq yararsız hala salması da müəyyən edilib.

Araşdırma zamanı saxlanılan şəxsin cinayətkarlığı təbliğ edən, həmçinin karantin günlərində polis əməkdaşlarına tabesizlik göstərməsini özündə əks etdirən videolar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə yaydığı da məlum olub. Elnur Abbasovun hazırladığı videolarda gəncləri və yetkinlik yaşına çatmayanları cinayətkarlığa sövq edən motivlərin olduğu da müəyyən edilib. Saxlanılan şəxs istintaqa ifadəsində bütün qanunazidd hərəkətlərindən səmimi peşman olduğunu bildirib.

Qeyd edilən xüsusatlarla bağlı Elnur Abbasov barəsində Baş İdarənin İsitintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayət əməllərini törətməkdə şübhəli bilinən Elnur Abbasov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...
10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
"Salmanoğlu İnşaat-79” MMC 20 min manat cərimələndi

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Süpürgəçi qızı maşın vurdu
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...