Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50966
az

DİQQƏT! Polis bu şəxslə bağlı əhaliyə müraciət edib

12:2522 Mart, 2021
2955
REDAKTORUN SEÇİMİ
  • A

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Etibar Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a  verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs şəhər ərazisində qadının bankomatdan pul çıxardığını gördükdən sonra onu izləyib və zərərçəkən yaşadığı binaya daxil olduqda E.Məmmədov ona fiziki güc tətbiq edib, cibində olan pulu götürdükdən sonra hadisə yerindən uzaqlaşıb.

Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onun şəhərin 20 Yanvar küçəsində daha bir qadının pul qabını da soyğunçuluq yolu ilə ələ keçirdiyi müəyyən edilib. E.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və ələ keçirdiyi pulları xərclədiyini bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Həmin şəxsin digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN vətəndaşlara müraciət edib - TƏCİLİ
Hava ilə bağlı XƏBƏRDARLIQ
Müəllim nazirə şikayət edir - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ