Gəncə Baş Polis İdarəsinin rəis köməkçisi çalışmış polis polkovnik-leytenantı Gədəbəy Rayon Polis Şöbəsində təhqiqatçı vəzifəsinə təyin edilib.
Oxu24.com -un məlumatına görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Əjdər İsgəndərov Gədəbəy rayon Polis Şöbəsində təhqiqatçı təyin olunub.
Qeyd edək ki, Ə.İsgəndərov bu vəzifədən öncə Gəncə şəhər Baş Polis İdarəsində rəis köməkçisi olub.
Oxu24.com
ŞƏRHLƏR