PASHA Holding Hüquqşünas vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
• Şirkətin tam qanuni hüquqlarını təmin etmək məqsədilə razılaşmalar, müqavilələr və digər hüquqi sənədlərin hazırlanması və təsdiqlənməsi. Məhkəmə prosesləri - əmək hüququ, antiinhisar, sifarişçi müraciətləri (daxili və xarici) və sənaye münasibətləri ilə hüquqi əlaqələrin idarə edilməsi;
• Daxili idarəetmə siyasətlərinin tənzimlənmsi və uyğunluğunun mütəmadi olaraq izlənməsi;
• Birləşmələr və satınalmaların, vergi, risklərin idarəedilməsi, marketinq, rəqabət, requlyativ məsələləri də daxil olmaqla Qrup səviyyəsində hüquqi məsələlərin həll edilməsi;
• Məhkəmə qarşısında Holdinqin qanuni mənafelərinin qoruması;
• Holdinq daxilində katiblik və arxiv işlərinin əlaqələndirilməsi və Holdinq nümayəndələrinin səhmdarların iclaslarında və direktorlar şuralarında (nəzarət şuralarında) funksiyalarının düzgün yerinə yetirilməsinə dəstəyin göstərilməsi;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Biznes sahsində 3 il peşəkar Hüquqşünas təcrübəsi;
• Korporativ hüquq və prosedurlarının anlayışı və mükəmməl biliyi;
• Güclü ünsiyyət bacarıqları;
• Hüquq ixtisası üzrə magistr dərəcəsi;
• Azərbaycan , rus və ingilis dillərinin biliyi;
• MS Office proqramlarının yüksək səviyyədə biliyi;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Hüquqşünas” qeyd olunmalıdır;
• CV-lər 17 aprel, 2021-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Oxu24.com
ŞƏRHLƏR