Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50654
az

SON DƏQİQƏ: Rayonlara gedənlərin NƏZƏRİNƏ

10:3316 Mart, 2021
1847
REDAKTORUN SEÇİMİ
  • A

Oxu24.com  xəbər verir ki, paytaxtdan bölgələrə mikroavtobuslarla sərnişin daşınır. Halbuki bir ildir sərnişinlərin kütləvi daşınmasına Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilmir. Hətta ötən ilin mart ayından ölkə ərazisindəki bütün avtovağzallar belə bağlanıb.

Amma paytaxtda avtovağzalın qarşısından demək olar ki, bütün bölgələrə sərnişin daşınır. Bu, həm mikroavtobuslarla, 7-8 nəfər tutumu olan minivenlərlə, həm də 4 nəfərlik minik avtomobilləri ilə həyata keçirilir.

Sürücülər təsdiq edirlər ki, hər gün paytaxtdan bölgələrə, o cümlədən də əks istiqamətdə sərnişindaşıma ilə məşğul olurlar.
Sərnişinlər də şəhərlərarası avtobuslar işləmədiyindən əlacsız qalıb bu tip nəqliyyat vasitələri ilə rayonlara getdiklərini deyirlər. Baxmayaraq ki, balaca bir avtomobildə 7-8 nəfər yaxın təmas şəraitində 4-5 saat yol qət edirlər. Belə olduqda da virusa yoluxma riski daha yüksək olur.

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, sürücülərin hansısa icazə əsasında fəaliyyət göstərmələrinə dair dedikləri yalandır və bütün sərnişindaşıma fəaliyyəti qeyri-qanunidir. Amma o deyib ki, belə sürücülər və yaxud da daşıyıcı şirkərtlərlə bağlı hər hansı bir ölçü götürmək mümkün deyil. Bəs bu cür kiçiktutumlu avtobuslarda yoluxma halının qarşısını almaq üçün şəhərlərarası ictimai nəqliyyatın hərəkətinə icazə verilə bilərmi?

Nuridə Allahyarova bildirdi ki, əgər ictimai nəqliyyatın rayonlara gediş-gəlişinə rəsmi qaydada icazə verilsə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişinlərin rahat və təhlükəsiz daşınması ilə bağlı qabaqlayıcı tədbirlər görəcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada 32 ildən sonra uşaq doğuldu - FOTOLAR
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq etdi - TƏCİLİ
Kanaldan qadın meyiti tapıldı

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Meyvə bağı üstündə dava - Ata oğlunu güllələdi