Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50559
az

DİN-dən Mehman Hüseynovun saxlanılması ilə bağlı AÇIQLAMA

09:5715 Mart, 2021
814
HÜQUQ
  • A

Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbini açıqlayıb.


DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Anews.az-a açıqlamasında bildirib ki, M.Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb:


"Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Məlumatın yoxlanılması məqsədilə o, dünən saxlanılıb. Və ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır.


Mehman Hüseynovun həmin aparatla hardasa çəkiliş aparması barədə isə hazırda hər hansı bir məlumat yoxdur”.


Qeyd edək ki, daha sonra M. Hüseynov sərbəst buraxılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Əhməd Əhmədov barəsində verilmiş məhkəmə qərarı ədalətlidir" - Hüquqşünas
İşçi hansı hallarda Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarıla bilər?
İşdən çıxarılan şəxsənə qədər təzminat ödənilməlidir?

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?

Bakıda zavodda faciəvi hadisə -Anbaan görüntülər