Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50510
az

Tələbəsi ilə evlənən Əməkdar artist - MARAQLI FAKTLAR

11:3514 Mart, 2021
1903
  • A

Bu gün tanınmış tanınmış rejissor və aktyor, bədii qiraət ustası, Əməkdar artist Həsən Əblucun anım günüdür.

Oxu24.com  Kulis-az-a istinadən bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.

Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib.

Ailədə 5 qardaş olublar. Həsən Əbluc hələ uşaq vaxtlarından aktyorluğa böyük həvəs göstərib. Orta məktəbi yaxşı oxuyan Həsən həm də uşaq yaşlarından yaşlı atasına kömək edirmiş. Atası onun aktyor olmasını istəməyib. Həsən atasının arzusunu nəzərə alıb Politexnik İnstitutuna daxil olub. Həsəngili II kursda oxuyanda zavoda aparırlar. Dəmir kəsməkdən Həsənin əlləri kəsik-kəsik olur. İki aydan sonra atası deyir ki, bala, hansı sənətə istəyirsən, get. Həsən II kursu başa vurandan sonra sənətlərini aktyorluq fakültəsinə verir. Və Rza Təhmasibin kursunda təhsil alır.

Qardaşı Ənvər Əbluc deyir ki, birinci sinifdə oxuyanda, Həsən pəncərənin deşiyindən hər gün ona bir manat verirmiş ki, nəsə alıb yesin. Mən aktyorluğu bitirib Moskvaya gedəndən sonra da Həsən mənə həm mənəvi cəhətdən, həm də maddi cəhətdən ömrü boyu dayaq oldu. Moskvada oxuyanda mənə pul göndərirdi, məktublar yazırdı.

Ənvər Əbluc “Dənizə çıxmaq qorxuludur” filmini çəkməyə hazırlaşanda Adil İskəndərov foto sınaqdan keçənlər arasında Həsənin şəklini görəndə ona deyib ki, Həsəni çəkmə, deyərlər, öz qardaşını filminə çəkib. Ənvər Əbluc həmin rola Rauf Qəniyevi çəkir. Amma rolu Həsən səsləndirir.
Həsən Əblucun gözəl, cəlbedici və inandırıcı səsi olub. O, radio tamaşalarında da saysız-hesabsız baş rollar yazdırıb.

Həsən Əbluc universitetdə səhnə danışığından dərs deyib. O, öncə öz tələbəsinə aşiq olur, tələbəsindən öncə müsbət cavab almayan sənətkar başqa bir xanımla nişanlanır. Bir müddət keçəndən sonra nişanlısı ilə münasibəti alınmır. Belə olduğu halda öz tələbəsi Firəngizə evlənmə təklif edir. Və onlar ailə qururlar. Bu evlilikdən onların Elnaz adlı qız övladı doğulur.
Deyilənə görə Həsən işinə qarşı məsuliyyətli olduğu üçün onu daha çox aktyorların məsuliyyətsizliyi əsəbiləşdirir, hər gün evə hirsli gəlib deyirmiş, filan aktyor altı aydır ki, bir rolu hələ də əzbərləməyib.

Dostu və həmkarı Şahmar Ələkbərov dünyasını dəyişəndə onun qəbri üstünə gedən aktyor məzarlıqda möhkəm ağlayıb deyir: “darıxma, qardaşım, mən də tezliklə sənin yanına gələcəm”. Bu əhvalatdan iki il sonra isə Həsən Əbluc rəhmətə gedir”.

Həsən Əbluc gülləri çox sevirmiş. Başqalarına ancaq gül hədiyyə edib, onlardan da ancaq gül dəstələrini qəbul etməyi xoşlayıb. Ad günündə deyirmiş ki, mənə hədiyyə lazım deyil. Yalnız gül gətirsinlər.

Qızı Elnaz Əblucu çox sevib. Onun rejissor olmasını arzulyaıb. Qızını hər səhər özü yedirdib məktəbə yola salırmış.

O, “Dantenin yubileyi”, “Qanlı zəmi”, "Pəncərə" filmlərinə çəkilib. "Pəncərə" filmində Rövşənin atasının epizodik rolunu məharətlə oynayan Həsən bu rolu öz yaradıcılıq həyatının ən parlaq rolu hesab edib.

Həsən Əbluc martın 1994-cü il martın 13-də 51 yaşında ürək tutmasından dünyasını dəyişib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı
Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı