Həmçinin oxu: GİZLİ SƏNƏD! XOCAVƏND, XOCALI VƏ ZƏNGƏZURUN TALEYİ...(VİDEO)
Optimal Electronics Baş mühasib (restoran və marketlər) vəzifəsinə işçi axtarır.
Tələblər:
• İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
• Mühasibatlıq üzrə ən azı 2 il iş təcrübəsi;
• 1C, R-Keeper və s. sistemlərinin tətbiqi üzrə aktiv işlərin aparılması təcrübəsi;
• MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Komandada və təzyiq altında işləmə bacarığı;
• ACCA, CIMA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir.
Əsas vəzifələr:
• İnternet bank əməliyyatlarının, debitor və kreditorlarla hesablaşmaların aparılması;
• Vergi hesabatlarının hazırlanması (ƏDV; ÖMV; gəlir vergisi);
• Statistika hesabatlarının hazırlanıb, təqdim edilməsi;
• Mühasibatliq modulu üzrə 1 C əməliyyatlarının aparılması;
• Gömrük bəyannamələri ilə bağlı əməliyyatların icrası;
• Dövlət orqanları ilə yazışmaların aparılması.
• Kalkulyasiyaların aparılması.
İş şəraiti:
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı, nahar şirkət tərəfindən təmin edilir.
Müraciət etmək istəyən müraciət aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
//jobs.talhunt.az/optimal/481-ba%c5%9f+m%c3%bchasib+(restoran+v%c9%99+marketl%c9%99r)
Əmək haqqı: 2000-3000 AZN
Son müraciət tarixi: 20.03.2021
Oxu24.com
ŞƏRHLƏR