Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Qətərin paytaxtı Dohada mediaya qapalı görüş keçirib.
Oxu24.com xəbər verir ki, bu barədə "TRT Haber" Diplomatik mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, nazirlər iki saat davam edən görüş zamanı Suriyadakı vəziyyəti, Türkiyə, Qətər və Rusiya arasında sabah keçiriləcək üçtərəfli görüşlə bağlı hazırlıq məsələlərini müzakirə ediblər.
"Qarabağ, Liviya və Suriya ilə bağlı son prosesləri müzakirə etdik. “Akkuyu” AES-in bu gün təməli atılan 3 reaktoru millətimiz üçün xeyirli olsun. Bu il turizmdə epidemiyadan öncəki nəticəni yenidən əldə etməyi planlayırıq", - deyə Çavuşoğlu görüşlə bağlı "Twitter" hesabında məlumat verib.
Oxu24.com
ŞƏRHLƏR