Yeni Zelandiyanda 6,2 bal gücündə zəlzələ baş verib.
Oxu24.com xəbər verir ki, bunu ABŞ Geologiya Xidməti (USGS) açıqlayıb.
Məlumata görə, yeraltı təkanlar Kermadek arxipelaqı sahillərində, Sakit Okeanda qeydə alınıb.
10 km dərinlikdə baş verən zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı edilməyib.
Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.
Oxu24.com
ŞƏRHLƏR