Unibank Mikro kreditlər üzrə Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis (Xaçmaz filialı) vəzifəsinə işçi axtarır.
Başlıca öhdəliklər və məsuliyyətlər
• Potensial müştərilərin cəlb edilməsi;
• Müştərinin biznesinin təhlil olunması;
• Təhlilin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi;
• Kredit portfelinin nəzarəti və idarə olunması;
• Mikromaliyyə üzrə aylıq/illik plan və tapşırıqların yerinə yetirilməsi.
Namizədin Profili
• Ali təhsil;
• Mikromaliyyə sahəsində və bank sektorunda ən azı 2 il iş təcrübəsi;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
• Ünsiyyət qurmaq və azərbaycan dilində sərbəst danışmaq bacarıqları;
• Təhlil etmək bacarığı;
• İşdə dəqiqlik, məsuliyyətlilik.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (Mikro kredit XÇM) göstərməyiniz xahiş olunur) və ya //unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.
Oxu24.com
ŞƏRHLƏR