Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50036
az

Arvadına sataşan kişinin dalınca düşdü, onun atasını gördükdə... - Şok təfərrüat

20:2205 Mart, 2021
3489
18+
  • A

Kürdəmir rayonunda adam öldürməkdə və adam öldürməyə cəhddə ittiham olunan 1974-cü il təvəllüdlü Mübariz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Mübariz Əhmədov arvadı ilə qonşusu Elsevər Məmmədovun uzun müddət yaxın münasibətdə olmasından şübhələnib.

Hadisədən bir neçə gün əvvəl arvadı işlədiyi məktəbdən evə qayıdarkən Elsevər Məmmədov qadına yaxınlaşıb və ona sözlə sataşıb. Elsevər Məmmədovun bu hərəkətləri barədə arvadı ərinə heç nə bildirməyib. Arvadının bu hərəkəti onun şübhələrini daha da artırıb.

Bundan sonra Mübariz Əhmədov qısqanclıq zəminində Elsevər Məmmədovu öldürmək qərarına gəlib. Bu məqsədlə o, qardaşı Asif Əhmədova məxsus ov silahını anası Tamilla Mahmudovanın yaşadığı evin həyətindəki yarımtikilidən götürərək evə gətirib.

Mübariz Əhmədov tüfəng üçün qabaqcadan aldığı 10 ədəd patrondan 6 ədədini tüfəngin sandıqçasına qoyaraq Elsevər Məmmədovun küçəyə çıxıb-çıxmamasını güdüb. O, Elsevərin qonşu Sədaqət Şirinovanın işlətdiyi mağazanın qarşısına getdiyini görüb. Tüfəngi götürüb, sərxoş vəziyyətdə evdən çıxıb. Elsevər Məmmədov onu gördükdə mağazanın içərisində gizlənib.

Mağazanın sahibi Sədaqət Şirinova Mübarizi niyyətindən daşındırmaq istəyib. Mübariz əli ilə Sədaqət Şirinovanı kənara itələyib, tüfəngdən içəriyə 5 dəfə atəş açıb.

Tüfəngdəki patronların qurtardığını düşünən Elsevər Məmmədov mağazadan çıxıb və qaçarkən 5-6 metr məsafədən tüfəngdən təkrarən 6-cı atəşi açıb.

Bundan sonra Elsevər Məmmədovun yaralı vəziyyətdə hadisə yerindən qaçdığını görüb və onun arxasınca düşüb. Yolda Elsevər Məmmədovun atası İbramxəlillə qarşılaşıb. İbramxəlil Məmmədovun gələcəkdə ondan və ailəsindən qisas ala biləcəyini yəqin edib.

Bu səbəbdən İbramxəlil Məmmədovu öldürmək məqsədilə tüfəngi ona tuşlayıb. Amma silahın patronluğuna patron qoymadığı üçün atəş aça bilməyib.

İbramxəlil Məmmədov tüfəngi ondan almaq istəyib. O, əvvəlcə tüfəngin qundağı, daha sonra yumruq və təpiklə vuraraq İbrahimxəlil Məmmədova xəsarətlər yetirib. Hadisə yerinə gələn şəxslərin müdaxiləsi nəticəsində cinayətkar əməllərin qarşısı alınıb.

Elsevər Məmmədov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Mübariz Əhmədov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz Əhmədov 14 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Mübariz Əhmədov və zərərçəkmiş tərəf apelyasiya şikayəti veriblər.

Elsevər Məmmədovun hüquqi varisi olan anası İradə Məmmədova birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, Mübariz Əhmədovun cəzasının 20 ilə qədər ağırlaşdırılmasını istəyib.

Mübariz Əhmədov isə şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti qismən təmin olunub.

Mübariz Əhmədovun cəzası 15 ilə qədər artırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbələri porno videolara çəkən şəxs tutulub
Kuryer tələbə qızı zorlayıb (18+)
Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu